...

MSK seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib

Siyasət Materials 3 Sentyabr 2013 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Mərkəzi Seçki Komissiyası çərşənbə axşamı keçirilən iclasında seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib.

Trend-in məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bülletenlərin mətni, forması, sayı səsvermə gününə 35 gün qalmış təsdiq edilməli, 10 gün qalmış isə çap olunmalıdır. O, qeyd edib ki, çap olunan seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faizdən çox olmamaqla çap olunacaq.

A.Muxtarova seçki bülletenlərinin mətnini açıqlayaraq deyib ki, ümumilikdə 5 149 255 ədəd seçici bülleteni Azərbaycan Milli Məclisinin mətbəəsində MSK üzvünün müşahidəsi altında çap olunacaq.

MSK-nın iclasında, həmçinin 30 saylı Suraxanı birinci seçki dairəsinin tərkibində dəyişiklik edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti