...

Misir səfiri Türkiyəyə qayıtmaq niyyətində deyil

Siyasət Materials 4 Sentyabr 2013 17:45 (UTC +04:00)
Misirin Türkiyədəki səfiri Əbdürrəhman Səlahəddin rəsmi Ankaranın Qahirənin işlərinə qarışmağı dayandırmayana qədər Türkiyəyə qayıtmaq niyyətində deyil.
Misir səfiri Türkiyəyə qayıtmaq niyyətində deyil

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misirin Türkiyədəki səfiri Əbdürrəhman Səlahəddin rəsmi Ankaranın Qahirənin işlərinə qarışmağı dayandırmayana qədər Türkiyəyə qayıtmaq niyyətində deyil. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misirin xarici işlər nazirinin rəsmi nümayəndəsi Bədr Əbdüləti bildirib.

Əbdülətinin sözlərinə görə, Misir Ankaradan öz səfirini məsləhətləşmələr üçün çağırıb və Türkiyə Misirlə bağlı öz mövqeyini yumşaltmayana qədər onu geri qaytarmayacaq.

Daha əvvəl məlumat yayılmışdı ki, Türkiyə-Misir əlaqələrinin pisləşməsi ilə bağlı Ankaraya geri çağırılan Türkiyənin səfiri bu gün Misirə geri qayıdır.

Səfir Hüseyn Avni Botsalı məsləhətləşmələr üçün avqustun 16-da geri çağırılıb. Buna cavab olaraq Misir Ankaradakı səfiri Əbdürrəhman Səlahəddini geri çağırıb.

Türkiyə və Misir arasında əlaqələr son zamanlar kəskin pisləşib. Misir tərəfi Türkiyəni ölkənin daxili işlərinə qarışmaqda ittiham edir. Daha əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Misir ordusu Məhəmməd Mursi tərəfdarlarının nümayişlərini dağıdarkən öz xalqına qarşı soyqırım törədib, nəticədə iki mindən artıq dinc sakin ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti