...

Yardımlı şəhərinə içməli su verilib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2013 00:22 (UTC +04:00)
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak edib.
Yardımlı şəhərinə içməli su verilib (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak edib.

Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, parkda istirahət köşkləri tikilib, geniş yaşıllıq sahəsi yaradılıb, müasir fəvvarə tikilib.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Son illərdə Yardımlıda həyata keçirilən mühüm infrastruktur layihələrindən danışan dövlətimizin başçısı hələ 7 il əvvəl Masallı-Yardımlı yolunun əsaslı təmir olunmasının, təbii qaz xəttinin çəkilməsinin və digər tədbirlərin həyata keçirilməsinin rayonun inkişafına təkan verdiyini vurğuladı. Hazırda dağ kəndlərinə qaz xətlərinin çəkilməsinin, yolların abadlaşdırılmasının, yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılmasının ölkənin inkişaf dinamikasına uyğun aparıldığını deyən dövlətimizin başçısı rayon mərkəzinə yeni su xəttinin çəkilişini əlamətdar hadisə kimi dəyərləndirdi və bu münasibətlə sakinləri təbrik etdi.

Rayon sakini Feyruz Sultanov Yardımlıya göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Sonra Prezident İlham Əliyev Yardımlı rayonunun su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının texniki göstəriciləri, şəhərin su təchizatı sisteminin baş planını əks etdirən stendlərlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verən "Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, layihənin birinci mərhələsində rayon mərkəzini təchiz edən magistral içməli su xətti və diametri 300-400 millimetr olan kanalizasiya kollektorunun çəkilməsi, qalan digər işlərin isə 2014-cü ildə yerinə yetirilməsi nəzərdə tutulub. Əhalini içməli su ilə təmin etmək məqsədilə Yardımlı rayonu ərazisində yerləşən Viləşçayın məcraaltı sularından istifadə olunur. Layihəyə əsasən şəhərə 24 saat ərzində adambaşına 150 litr həcmində fasiləsiz içməli suyun verilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev Yardımlı rayonuna içməli suyun verilməsini bildirən düyməni basdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti