...

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binası istifadəyə verilib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2013 00:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binası istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

İkimərtəbəli binanın inşasına 2012-ci ilin iyulunda başlanılıb, tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir inventar və havalandırma sistemi ilə təchiz edilib. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stend var. Birinci mərtəbədə, həmçinin partiyanın qadınlar şurası və gənclər birliyi üçün də otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin inzibati otaqlar da var. Bu mərtəbədə müxtəlif tədbirlərin təşkli üçün 100 yerlik konfrans zalı, arxiv və digər otaqlar da müasir səviyyədə qurulub.

Bildirildi ki, hazırda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 9111 nəfər üzvü var. Təşkilatın üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.

Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin daha da güclənməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti