...

Azərbaycan Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınıb

Siyasət Materials 5 Sentyabr 2013 20:33 (UTC +04:00)
Avropa Parlamentində Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar qəbul edilib.
Azərbaycan Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Avropa Parlamentində Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar qəbul edilib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından Trend-ə verilən məlumata görə, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bildirib ki, cari ilin 5 sentyabr tarixində Avropa Parlamentinin Prezidentlər Konfransının iclası keçirilib. İclasda 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələrin siyahısı təsdiq edilib.

E.Süleymanov qeyd edib ki, müzakirələr zamanı Azərbaycanın 5-ci ölkə olaraq 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınması barədə qərar qəbul edilib.

Onun fikrincə, Prezidentlər Konfransının bu qərarı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə bağlı balanslaşdırılmış siyasət yürütmək istəyindən irəli gəlir.

Xatırladaq ki, hələ may ayında Azərbaycan hökuməti Avropa Parlamentinə oktyabr ayında ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə dəvət göndərmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti