Prezident İlham Əliyev: Sərhədlər nə qədər etibarlı qorunsa, o qədər də vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar (FOTO)

Prezident İlham Əliyev: Sərhədlər nə qədər etibarlı qorunsa, o qədər də vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da MDB Sərhəd Qoşunları Komandanlar Şurasının 70-ci iclasının nümayəndələrini qəbul edib.

İlham Əliyev deyib: "Sizi Azərbaycanda salamlayıram. Xoş gəlmisiniz. Şadam ki, sizin iclasınız ölkəmizdə keçirilir. Əminəm ki, MDB ölkələri sərhəd xidmətlərinin qarşılıqlı fəaliyyətinin mühüm məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan ilə daha yaxından tanışlıq, tarixi yerləri görmək imkanınız olacaqdır. Yəqin ki, tədbirə ev sahibliyi edənlər son illər ölkəmizdə sərhəd xidmətinin inkişafı üçün görülən işlər barədə ətraflı məlumat verəcəklər. Bütövlükdə Azərbaycan MDB çərçivəsində əksər formatlarda fəal iştirak edir".

Dövlət başçısı qeyd edib ki, biz bu təşkilatda iştirakımıza böyük əhəmiyyət veririk, bir çox istiqamətlərdə, o cümlədən hüquq mühafizə qurumlarının fəaliyyətində, eləcə də sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında iştirak edən xidmətin işində fəal iştirak edirik:

"Ölkələrimizin sərhəd xidmətlərinin qarşılıqlı fəaliyyəti bütövlükdə MDB çərçivəsində əməkdaşlığın inkişafında və konkret olaraq sizin rəhbərlik etdiyiniz sahədə böyük əhəmiyyət kəsb edir. Təbii ki, sərhəd xidmətlərinin işi digər qurumların qarşılıqlı fəaliyyəti ilə əsasən regionla əlaqədar olur. Çünki qonşu dövlətlərin sərhədləri ikitərəfli formatda fəal əməkdaşlığı nəzərdə tutur. Şadam ki, belə çoxtərəfli formatda da ölkələrimizin sərhəd xidmətləri arasında yaxşı qarşılıqlı anlaşma mövcuddur. Zəlzələ oldu. Gözlənilməzdir. Güman ki, haradasa dənizdə azacıq təkanlar olub. Hə, bir az silkələnir. Düşünürəm ki, bu, bizim diqqətimizi işdən yayındırmamalıdır. Hərdən olur".

Prezident bildirib ki, buna görə də çoxtərəfli formatda qarşılıqlı fəaliyyət böyük əhəmiyyətə malikdir. Çünki təcrübə mübadiləsi, müxtəlif proqramlar, müasir dünyada əhəmiyyət kəsb edən informasiya mübadiləsi vardır:

"Bizim ölkələrimizdə bütövlükdə daxili proseslərin inkişafının müsbət dinamikası mövcuddur, amma əlbəttə ki, kənardan təhlükələr də vardır. Əlbəttə ki, istənilən ölkənin təhlükəsizliyi, o cümlədən onun sərhədlərinin təhlükəsizliyi ilə də təmin olunur. Həmin sərhədlər nə qədər etibarlı qorunsa, o qədər də vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar. Buna görə də biz əlbəttə ki, Azərbaycanda sərhəd xidmətinin inkişafına böyük diqqət yetirmişik və yetirəcəyik. Əslində bu xidmət MDB-nin əksər ölkələrində olduğu kimi, bizdə də sıfırdan yaranmağa başlayıb. Həm maddi-texniki bazanın çox mühüm məsələlərini, həm peşəkarlığın yüksəldilməsini, kadrların hazırlanmasını həll etmək lazım gəlirdi. Bu istiqamətdə böyük işlər görülüb. Sərhəd Xidməti Akademiyası yaradılıb, maddi-texniki baza möhkəmləndirilir, ölkəmizin və qonşularımızın təhlükəsizliyini təmin etmək üçün ən çətin keçilən yerlərdə, dağların zirvəsində meşələrdə müasir bazalar, şəhərciklər, zastavalar tikilir. Əlbəttə ki, qonşu ölkələrlə qarşılıqlı fəaliyyət mövcuddur, birgə tədbirlər, bəzən birgə əməliyyatlar keçirilir. Bütün bunlar regionda təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edir".

Dövlət başçısı vuğulayıb ki, sözsüz, belə formatda əməkdaşlıq yəqin ki, müəyyən mənada nadirdir, çünki beynəlxalq qurumlar, sərhəd xidmətləri çərçivəsində əməkdaşlığın daha geniş beynəlxalq formatı mövcuddur. Amma MDB çərçivəsində belə format xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən bu, bütövlükdə təşkilatımızın möhkəmləndirilməsi və xalqlarımız arasında mövcud olan dostluq və qarşılıqlı fəaliyyət ənənələrinin davamı deməkdir, digər tərəfdən ölkələrə təhlükələrin artdığı, müxtəlif regionlarda ağır proseslərin getdiyi bir zamanda şübhəsiz ki, əlaqələndirməyə, qarşılıqlı dəstəyə, informasiya mübadiləsinə və əlbəttə ki, fəal, açıq əməkdaşlığa zərurət vardır:

"Biz buna istiqamətlənmişik və düşünürəm ki, sizin Şuranın iclasının Bakıda keçirilməsi bizim bu məsələlərə münasibətimizi sübut edir. Öz tərəfimizdən biz Azərbaycanın sərhəd xidmətini gücləndirməyi, həmçinin əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatını möhkəmləndirməyi davam etdirəcəyik. Təhlükələr əslində eynidir, real və potensial təhlükələrin mənbələri də əslində eynidir. Bizi böyük coğrafi məkan, böyük region birləşdirir. Bu region tarix, mədəni, iqtisadi münasibətlər, nəqliyyat vasitələri ilə qarşılıqlı əlaqədədir. Buna görə də şübhəsiz ki, bizim təhlükəsizliyimiz fəal əməkdaşlıqla tam təmin olunacaqdır.

Bir daha sizi salamlayıram. Əminəm ki, sizin iclasınız çərçivəsində müzakirə ediləcək məsələlər məhsuldar olacaq, MDB ölkələrinin sərhəd xidmətlərinin gələcək qarşılıqlı fəaliyyətinə öz töhfələrini verəcək, eləcə də sərhəd xidməti rəhbərləri arasında daha möhkəm dostluq münasibətlərinin olması üçün sizi daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz!"

Sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini və Sərhəd Xidmətinin rəhbəri, Sərhəd Qoşunları Komandanlar Şurasının sədri Vladimir Kulişov çıxış edərək deyib: "Çox sağ olun, hörmətli cənab Prezident! Əvvəlcə MDB ölkələri sərhəd xidmətlərinin rəhbərliyi, Sərhəd Qoşunları Komandanlığı Şurasının adından Sərhəd Qoşunları Komandanlığı Şurasının 70-ci iclasının dost Azərbaycan Respublikasının ərazisində keçirilməsi üçün imkan yaratdığınıza və çox yaxşı təşkilatçılığa görə Sizə səmimi minnətdarlığımı bildirmək istərdim. Mən, həmçinin qeyd etmək istərdim ki, bu, artıq Azərbaycan Respublikasında keçiriləcək üçüncü iclas olacaqdır. Buna görə də Sizə ayrıca minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Şuranın bugünkü iclasında MDB-nin sərhəd qurumlarının 10 nümayəndə heyəti, həmçinin MDB-nin İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Birliyi İnteqrasiya Komitəsi katibliyinin nümayəndələri, komandanlığın fəxri üzvləri iştirak edirlər. Bu ənənə bizdə qorunur. Biz bir sıra aktual məsələləri nəzərdən keçirməyi planlaşdırırıq, o cümlədən şübhəsiz ki, ötən dövr ərzində ölkələrimizin sərhədlərinin təhlükəsizliyi sahəsində, eləcə də Birliyin digər ölkələri ilə sərhədində təhlükəsizliyin təminatında fəaliyyətini təhlil edəcəyik. 2013-cü ildə komandanların fəaliyyətinin yekununa xüsusi diqqət yetirəcəyik və Sizin dediyiniz kimi, birgə operativ-profilaktik tədbirləri qiymətləndirəcəyik".

Vladimir Kulişov MDB ölkələrinin sərhəd xidmətləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçiriləcək digər tədbirlər barədə Prezident İlham Əliyevə məlumat verdi. O, qeyd etdi ki, tədbirlər planında Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin geniş qeyd edilməsi nəzərdə tutulur.

Vladimir Kulişov çıxışına davam edərək deyib: "Bugünkü iclas çərçivəsində biz sovet xalqının Böyük Vətən müharibəsində qələbəsinin 70 illiyinə həsr olunmuş xarici sərhədlər üzrə xatirə estafetinin keçirilməsi reqlamentini təsdiq etməyi nəzərdə tuturuq. Mən sadəcə olaraq bugünkü əməkdaşlara bu ənənələri gələcək üçün qorumağı tövsiyə edirəm.

Hörmətli cənab Prezident! Mən yekunda qeyd etmək istərdim ki, MDB Sərhəd Qoşunları Komandanları Şurası sərhəd siyasəti məsələləri üzrə Dövlət Başçılarının Şurasında ali qurum kimi sərhəd təhlükəsizliyinin təminatı sahəsində qarşılıqlı faydalılıq və səmərəli əməkdaşlıq xəttini həmişə inkişaf etdirmək üçün əlindən gələni edib və edəcəkdir. Yekunda bir daha bizə yaradılan imkana görə Sizə minnətdarlığımı bildirmək və MDB Sərhəd Qoşunları Komandanları Şurası üzvlərinin adından xatirə hədiyyəsini təqdim etmək istərdim".

Vladimir Kulişov xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Prezident İlham Əliyev: Çox sağ olun. Belə diqqətə görə mütəəssirəm.

Vladimir Kulişov: Burada Komandanlıq Şurasının rəmzləri əks olunub. Çox sağ olun! Biz çox gözəl bilirik ki, bir aydan sonra sizdə seçkilər keçiriləcəkdir. Bəli, Siz əhalinin əksər hissəsinin dəstəklədiyi ən tanınmış namizədlərdən birisiniz. Buna görə də icazə verin Sizə uğurlar arzulayaq. Çox sağ olun!

Prezident İlham Əliyev MDB ölkələrinin sərhəd xidmətləri qarşısında duran vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi baxımından görüşdə qaldırılan məsələlərin önəminə toxundu. Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə hazırlıqla bağlı söylənilən fikirləri və bununla əlaqədar xatirə estafetinin keçirilməsini təqdirəlayiq hesab etdiyini bildirən Prezident İlham Əliyev deyib:

"Otuz milyon həmvətənimiz həyatını itirmişdir. Müharibədə iştirak edən hər iki azərbaycanlıdan biri geri qayıtmadı, yəni, 600 mindən 300 mini Vətənini müdafiə edərkən həlak oldu. Müharibədə həlak olanların xatirəsi Azərbaycanda ehtiramla yad edilir, həmçinin veteranlara dəstək göstəririk. Hər il mayın 9-da biz veteranlarla görüşürük. Onlar fəaliyyətdədirlər. Bu insanlar gənc nəslin tərbiyəsi, öz Vətənlərinə sədaqət, vətənpərvərlik və qəhrəmanlıq ruhunda böyüməsi üçün parlaq nümunədirlər. Buna görə həm Prezident, həm vətəndaş kimi bu mövzunu daim gündəlikdə saxlamaq niyyətlərini səmimi qəlbdən dəstəkləyirəm. Həm də təkcə yubileydən-yubileyə yox, daim. Çünki sərhədçi döyüşçülər də qələbədə böyük rol oynayıblar".

Prezident İlham Əliyev dünyanın bəzi bölgələrində faşizmə bəraət qazandırılması, faşizmlə mübarizə aparmış xalqların rolunun kiçildilməsi kimi tarixi saxtalaşdırılmaların yölverilməzliyindən danışdı.

Sərhəd xidmətləri arasında qarşılıqlı fəaliyyət məsələlərinə bir daha toxunan Prezident İlham Əliyev dedi: "Qarşılıqlı səylərin əlaqələndirilməsi və informasiya mübadiləsi bizim ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Buna görə əminəm ki, sizin Şurada mövcud olan əməkdaşlıq ruhu davam edəcəkdir. Dediyiniz kimi, artıq 70-ci dəfədir ki, belə iclaslar keçirirsiniz, deməli ildə bir neçə dəfə toplaşırsınız. MDB özü cəmi 20 ildən bir az çoxdur ki, mövcuddur. Buna görə bu, çox intensiv, səmərəli bir işdir və şadam ki, iclasınız artıq üçüncü dəfədir ki, Bakıda keçirilir. Düşünürəm ki, Bakıda hələ bundan sonra da dəfələrlə görüşəcəksiniz. Bir daha sizi salamlayıram. Yaxşı işləməyi arzulayıram".

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
Loading Bars
Xəbər lenti
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Xırdalanda baş verən partlayışdan sonra 6 nəfər dağıntılar altından xilas edilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Füzuli rayonunun Dövlətyarlı kəndi (FOTO/VİDEO)
Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq
Azərbaycan Ukraynaya öz istehsalı olan mühərrik yağları ixrac edəcək
Bu pozuntulara görə mindən çox şəxs məsuliyyətə cəlb olunub
Şabranda 2 azyaşlı uşaq yanan evdən sağ çıxarılıb
Prokurorluq Bakıda qadının ölümü ilə bağlı araşdırmalara başladı
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib
Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək
İstanbulda bıçaqlı şəxs 3 Rusiya vətəndaşını yaralayıb
Astara gömrük postunda 21 kq narkotik aşkarlandı (VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Əfqan Sadıqov növbəti dəfə qəbul olunub
250 baş qırqovul vəhşi təbiətə buraxılıb (VİDEO)
Azərbaycanda işsizlik səviyyəsi 5 faizdən aşağı düşəcək
Ötən il Azercell-in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85%-dən artıq olub
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
MEDİA seminarlara başladı (FOTO)
Biznesinizi Yelo bankla genişləndirin
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
2025-ci ilə kimi şəhid ailəsi, qazi və Çernobıl əlillərinin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq - Nazir müavini
Füzuli rayonunun Kürdlər kəndi (FOTO/VİDEO)
“Azərişıq” və “Azəriqaz” kommunal sektorda əməkdaşlıq edəcəklər
Ağcabədidə yaşayış binasının bütün elektrik kabelləri yanıb
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib
FHN dağlıq ərazilərdə yaşayan və dağlara səfər edən vətəndaşlara müraciət edib (VİDEO)
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi
Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Erməni Apostol Kilsəsinin Ermənistan siyasətinə təsiri təhlil edilib (FOTO)
“Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı və İcra Komitəsinin iclası baş tutub (FOTO)
Rusiyalı deputatın adı "qara siyahı"ya salnıb - Leyla Abdullayeva
Kimya sektorunda Egey bölgəsinin ixracat lideri yenə SOCAR-ın Petkim şirkəti oldu (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dövlət qulluğu müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb
8 prokurorluq işçisi vəzifəsindən azad edilib
Ötən il 30 şəxs tutularaq Azərbaycana ekstradisiya edilib
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu
Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirib (VİDEO)
Pandemiyadan sonra bizi gözləyən problem: yollarda sıxlıq artacaq
Zaman puldur. Karvannews-la iş tapmaq daha asandır!
İranda bir gündə 100-ə yaxın şəxs koronavirusdan ölüb
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il 39 şəxsi cinayət başında yaxalayıb
Azad olunmuş ərazilərdə şirkətlərimiz işə başlamağa hazırdır - İran XİN başçısı
Azərbaycan Prezidenti: Xudafərin su anbarı ilə bağlı planlar artıq çox aktiv fazadadır
“AzerGold” QSC-də ötən ilin yekunlarına dair onlayn müşavirə keçirilib (FOTO)
Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub - Məhəmməd Cavad Zərif
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq
Prezident İlham Əliyev: Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar əməkdaşlığa geniş qapılar açır
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Bu ərazilərdə ov etmək qadağandır - Xidmət rəisindən açıqlama (VİDEO)
Ötən il Azərbaycanda 7 yeni partiya qeydiyyata alınıb
Masallı Xəstəxanasının direktoru həbs edildi
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Ağstafa sakinindən 6 kiloqramdan çox heroin götürülüb (FOTO/VİDEO)
Şəhid polkovnik-leytenant dəfn olundu (FOTO)
281 vəzifəli şəxs barəsində 180 cinayət işinin ibtidai istintaqı tamamlanıb
DİN sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara münasibət bildirib
Fermerləri aldadıb pul alan dələduz çobanlar saxlanıldı (FOTO/VİDEO)
DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb (FOTO)
Fındıq bağlarına birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından əldə edilən gəlir 220 milyon dolları ötüb
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
2020-ci ildə 254 cinayətkar qrup zərərsizləşdirilib
Bu sahələr fəaliyyətini bərpa etdi (FOTOREPORTAJ)
Ötən il Azərbaycanda 67 min 972 oğlan doğulub
Papua-Yeni Qvineyada güclü zəlzələ olub
“Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır
Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub
Sabahın hava proqnozu açıqlanıb
1,3 milyon manata yaxın cərimə cəzası dövlət büdcəsinə köçürülüb
Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb
Ötən il boşanma ilə bağlı 1182 ərizə qəbul edilib - Ədliyyə Nazirliyi
Suraxanıda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Elmar Qasımov imtahan ərəfəsində tələbələrlə görüşüb
Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir (FOTO)
Azərbaycan və İran Xarici işlər nazirləri arasında görüş keçirilir (FOTO/VİDEO)
Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası təsdiqlənib
Baş Prokurorluqda Ermənistanın 17 muzdlu döyüşçüsü barədə axtarış elan edilib
25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın cinayətləri haqqında məktublar göndərilib (FOTO)
Ötən il məhkəmə icraçılarının icraatına 910 mindən artıq iş daxil olub
Qarabağın dirçəlişi qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək - Mikayıl Cabbarov
Ötən il 10 məhkum xəstəliyə görə azadlığa buraxılıb
Ermənistan diaspor dayağını necə itirib?
Bütün xəbərlər