...

Prezidentin ehtiyat fondundan Cəlilabad rayonuna 4 milyon manat ayrılıb

Siyasət Materials 9 Sentyabr 2013 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin ehtiyat fondundan Cəlilabad rayonuna 4 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Cəlilabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Dövlət başçısı, həmçinin Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti