...

İlham Əliyev Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 11 Sentyabr 2013 17:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.
İlham Əliyev Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstəsi qoydu.

Dövlətimizin başçısı hərbi hissənin ərazisində yeni inşa edilən əsgər klubu ilə tanış oldu.

Məlumat verildi ki, əsgər klubunun girişində Heydər Əliyev Muzeyi yaradılmışdır. Burada, həmçinin müasir standartlara cavab verən 500 nəfərlik tamaşaçı zalı, kitabxana, oxu zalı, kompyuter otağı, müxtəlif dərnəklər fəaliyyət göstərir.

Ali Baş Komandan üç binadan ibarət əsgər yataqxanası ilə tanış oldu.

Bildirildi ki, burada şəxsi heyətin asudə vaxtının səmərəli təşkili üçün idman guşələri, istirahət otaqları vardır. Şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış otaqlar bütün növ avadanlıqla təchiz olunmuşdur. Yataqxanalardakı ideoloji otaqlarda şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Hərbi şəhərcikdə sıra meydanı, idman şəhərciyi və hovuz yenidən qurulmuşdur. Burada tribuna, futbol, basketbol, voleybol, tennis meydançaları, maneələr zolağı, şəxsi heyətin güc çalışmaları üçün müxtəlif idman alətləri, əlbəyaxa döyüş meydançası və üzgüçülük idmanı ilə məşğul olmaq üçün hovuz fəaliyyət göstərir. Hərbi hissədə hamam, camaşırxana və qazanxana binaları tikilmişdir.

Ali Baş Komandan hərbi hissənin tibb məntəqəsi ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, burada tibb elminin ən son nailiyyətləri əsasında yaradılmış avadanlıq quraşdırılmışdır.

Prezident İlham Əliyev 1500 nəfərlik əsgər yeməkxanasına baxdı.

Qeyd edildi ki, burada nəzarət-buraxılış məntəqəsi, valideynlərlə görüş otağı da yenidən inşa olunmuşdur.

Ali Baş Komandan İlham Əliyev hərbi hissənin ərazisində aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə müvafiq göstərişlərini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti