...

İki mindən çox suriyalı zabit İordaniyaya qaçıb

Siyasət Materials 15 Sentyabr 2013 23:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Suriya münaqişəsi başlayandan 2100 nəfərdən çox suriyalı zabit İordaniyaya qaçıb. Trend BBC-yə istinadən verdiyi məlumata görə, bunu İordaniyanın xarici işlər naziri deyib.

Onun sözlərinə görə, onlar təhlükəsizlik baxımından hərbi bazalarda saxlanılır.

BMT və İordaniyanın məlumatlarına görə, bu ölkənin ərazisində artıq təqribən yarım milyon suriyalı qaçqın var.

Təkcə ölkənin şimalındakı Zaatari düşərgəsində 130 min suriyalı qaçqın yaşayır.

Qeyd edək ki, münaqişə başlayandam 2 milyondan çox suriyalı qonşu ölkələrə, əsasən də İordaniya, Livan, Türkiyə və İraqa qaçıb.

Xəbər lenti

Xəbər lenti