...

ABŞ-ın Azərbaycandakı səfiri YAP-ın sədr müavini Əli Əhmədovla görüşüb

Siyasət Materials 16 Sentyabr 2013 15:08 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşüb.
ABŞ-ın Azərbaycandakı səfiri YAP-ın sədr müavini Əli Əhmədovla görüşüb

Azərbaycan, Bakı, 16 sentyabr / Trend, müxbir S.Əhmədova /

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstar ilə partiyanın mənzil qərargahında görüşüb. Trend-in məlumatına görə, bu barədə YAP-ın rəsmi internet səhifəsində bildirilir.
.
Görüşdə oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkisi ərəfəsində ümumi ictimai-siyasi vəziyyət və seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ səfirinin müavini Derek Hoqan, səfirliyin siyasət şöbəsinin müdiri xanım Kolin Krenvoliç və səfirin siyasi məsələlər üzrə müşaviri xanım Fanta Orr iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti