...

Ziyafət Əsgərov Ermənistanı dövlət hesab etmir

Siyasət Materials 26 Sentyabr 2013 13:43 (UTC +04:00)
Ermənistan dövlət deyil, sadəcə olaraq bir qurumdur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Ziyafət Əsgərov Ermənistanı dövlət hesab etmir

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan dövlət deyil, sadəcə olaraq bir qurumdur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov deyib ki, Ermənistan kimlərinsə əlində forpostdur: "Mən şəxsən Ermənistanı dövlət hesab etmirəm və bunu tam məsuliyyətilə bildirirəm. Ermənistan sadəcə olaraq bir qurumdur, kimlərinsə əlində forpostdur, hara istəyirlər ora dartırlar, kim nə deyirsə onu edir".

Birinci vitse-spiker deyib ki, Ermənistanın müstəqil xarici siyasəti yoxdur ki, normal bir şəxslə beynəlxalq hüquq, BMT-nin qəbul etdiyi qərarlarla bağlı danışıq aparasan: "Ermənistanın iqtisadi vəziyyəti gündən-günə iflasa uğrayır, 100 minlərlə əhali hər il ölkədən qaçıb gedir, pensiya siyasəti pis vəziyyətdədir. Ermənistan konkret dövlət olaraq konkret siyasət yürütsə idi, onunla danışmaq olardı".

Z.Əsgərov bildirib ki, Ermənistan Gömrük İttifaqına üzv olan dövlətlərlə heç bir quru sərhədinə malik olmadığı halda həmin təşkilata qoşulub: "Bunların hamısı bir oyundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti