...

İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 Sentyabr 2013 14:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə son illər Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluq ifadə olundu, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti