Xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları arasında keçirilən sorğuda respondentlərin 84 faizi İlham Əliyevə səs verəcəyini açıqlayıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
Beynəlxalq Diaspor Mərkəzi (BDM) bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı xaricdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarımızın seçkiyə və namizədlərə münasibətini öyrənmək üçün virtual sorğu keçirib.
Mərkəzdən Trend-ə daxil olan məlumata görə, sorğu 1200 nəfər arasında keçirilib. Respondentlərə aşağıdakı suallarla müraciət olunub:
- 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərindən məlumatınız varmı?
- 93% - məlumatım var, 7% - maraqlanmıram;
- Seçki marafonunu necə qiymətləndirirsiniz?
- 84% - müsbət, 11% - mənfi, 5% - maraqlanmıram;
- Hansı namizədin Azərbaycan diasporu ilə əlaqələrini müsbət qiymətləndirirsiniz?
İlham Əliyev - 78%
İqbal Ağazadə - 5%
Araz Əlizadə - 0%
Hafiz Hacıyev - 0%
Qüdrət Həsənquliyev - 6,5%
Cəmil Həsənli - 2,5%
İlyas İsmayılov - 0,2%
Fərəc Quliyev - 7%
Sərdar Məmmədov (Cəlaloğlu) - 0,3%
Zahid Oruc - 0%
heç biri - 0,5%
- Bu gün seçki keçirilərsə, namizədlərdən kimə səs verərdiniz?
İlham Əliyev - 84%
İqbal Ağazadə - 4,3%
Araz Əlizadə - 0%
Hafiz Hacıyev - 0%
Qüdrət Həsənquliyev - 6,1%
Cəmil Həsənli - 3,5%
İlyas İsmayılov - 0,2%
Fərəc Quliyev - 1,5%
Sərdar Məmmədov (Cəlaloğlu) - 0,3%
Zahid Oruc - 0%
heç biri - 0,1%