...

İran "Yəsir" adlı yeni pilotsuz təyyarənin istehsalına başlayıb

Siyasət Materials 28 Sentyabr 2013 14:16 (UTC +04:00)
Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, yeni pilotsuz təyyarənin artıq geniş miqyasda istehsalına başlanılıb.
İran "Yəsir" adlı yeni pilotsuz təyyarənin istehsalına başlayıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Cəfərov/

İran "Yəsir" adlı yeni pilotsuz təyyarənin təqdimatını keçirib.

Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, yeni pilotsuz təyyarənin artıq geniş miqyasda istehsalına başlanılıb.

"Yəsir" pilotsuz təyyarəsi 15 min fut hündürlükdə uçma, eləcə də 8 saat havada qalma qabiliyyətinə malikdir. Təyyarə 200 kilometr məsafə qət edə bilir. Pilotsuz təyyarənin xüsusiyyətlərindən biri də ondadır ki, uçuş-enmə zolağına ehtiyac yoxdur.

Təyyarə yüngül, güclü və modern kameralara sahibdir, eləcə də hədəfə dəqiqliklə nəzarət edə bilir.

Yeni pilotsuz təyyarədən yardım, döyüş əməliyyatları, eləcə də nəqliyyatın hərəkətinin nizamlanmasında istifadə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti