...

Rusiyanın Yekaterinburq şəhərinin Azərbaycan diasporundan İlham Əliyevə dəstək gəldi

Siyasət Materials 2 Oktyabr 2013 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə dəstək məqsədilə Rusiyanın Yekaterinburq şəhərində "Odlar Yurdum-Azərbaycan" adlı konsert keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasından Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahına daxil olan məlumatda bildirilir.

Konsert 2013-cü il oktyabrın 4-də saat 18:00-da Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasının təşkilatçılığı ilə baş tutacaq. Tədbirin əsas məqsədi 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Rusiyada yaşayan həmvətənlərimizin İlham Əliyevi dəstəklədiklərini nümayiş etdirməkdir. Konsertdə tanınmış müğənnilər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və digər incəsənət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölmələrinin təşkilatçılığı ilə Prezident İlham Əliyevə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti