...

İsmayıl Ağakişiyev: İlham Əliyevin prezidentlik illəri Azərbaycanda sabitlik və real siyasət dövrü olub

Siyasət Materials 7 Oktyabr 2013 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Bədəlova/

İlham Əliyevin prezidentlik illəri sabitlik və real siyasət dövrü olub. Trend-in məlumatına görə, bu barədə "Rusiyanın səsi" radiostansiyasına açıqlamasında Lomonosov adında MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev bildirib.

Azərbaycanda qarşıdan gələn prezident seçkiləri və onların nəticələri haqqında danışarkən o bildirib ki, hələlik kimin qalib gələcəyi barədə fikir söyləmək tezdir.

Ağakişiyev bildirib: "Lakin demək olar ki, prezident postuna iddia edən namizədlər arasında şübhəsiz ki, ən güclülərindən biri İlham Əliyevdir".

MDU-nun tarix fakültəsinin dosenti bildirib: "Biz bu seçkiləri izləyirik. Biz görürük ki, çox danışırlar, çox vəd verirlər, lakin bu insanların heç biri heç vaxt ölkəni idarə etməyiblər. Çox danışmaq, vəd vermək olar, seçicinin nə istədiyini hiss etmək və tapmaq və ona bütün bunların olacağını söz vermək olar. Lakin bunları etmək başqa bir şeydir. Azərbaycan dövlətinin idarə olunmasında romantizm dövrü keçib".

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir: "Bu iki siyasətçi sayəsində Azərbaycanda sabit vəziyyət, Rusiya, ABŞ, Qərbi Avropa ölkələri, Türkiyə və İran kimi xarici geopolitik oyunçuların maraqlarına uyğun olan sistem yaradılıb". O əlavə edərək bildirib ki, bu ölkələr məhz Azərbaycanda olan bu sabitlik sayəsində ölkə iqtisadiyyatına sərmayələr yatırırlar.

Ağakişiyev bildirib: "Digər tərəfdən yaradılan mexanizm, sistemdaxili qüvvələrin maraqlarına uyğun olduğundan ölkə daxilində də sabitliyə nail olunub".

O vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatında əhəmiyyətli artım müşahidə edilir, ölkə 1995-96-cı ilədək olduğu iqtisadi böhrandan çıxa bilib.

Onun sözlərinə görə, bu gün aparılan siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda çiçəklənən ölkə və iqtisadi liderdir.

MDU-nun tarix fakültəsinin dosenti bildirib: "Bu gün ölkədə tikinti, turizm kimi sahələr inkişaf edir, əhalinin rifahı yaxşılaşır, Azərbaycanın Avropada, həm də dünyada tanınması üçün böyük layihələr həyata keçirilir.

Bundan əlavə, o, Azərbaycanın "Eurovision" müsabiqəsində qalib gəlməsi və 2015-ci ildə ölkədə ilk Avropa Oyunlarının keçirilməsi kimi son nailiyyətlərini xüsusi vurğulayıb.

Azərbaycan və Rusiya münasibətləri barəsində danışan Ağakişiyev vurğulayıb ki, onlar həm iqtisadi, həm siyasi, həm də mədəniyyət sahəsində inkişaf edirlər: "Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Bakıya etdiyi səfər bir daha bu münasibətlərin nə dərəcədə yüksək olduğunu, onların hər iki ölkə rəhbərləri tərəfindən qiymətləndirildiyini sübut edir". O, həmçinin əlavə edib ki, bu münasibətlərin sonrakı inkişafı üçün də böyük potensial var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti