...

Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib

Siyasət Materials 8 Oktyabr 2013 17:42 (UTC +04:00)
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkiləri ilə bağlı ilkin hesabatını açıqlayıb. Trend xəbər verir ki, Qrup ümumilikdə seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib.
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkiləri ilə bağlı ilkin hesabatını açıqlayıb. Trend xəbər verir ki, Qrup ümumilikdə seçkiqabağı prosesin başlaması və aparılması barədə müsbət rəy bildirib.

Sənəddə qeyd olunur ki, Azərbaycanda seçki prosesinin hüquqi əsasları beynəlxalq demokratik qaydalara uyğundur. Seçki Məcəlləsi seçki prosesinin bütün prosedurlarını kifayət qədər təsvir edir. Ciddi əməl olunmaqla, Seçki Məcəlləsi ölkə vətəndaşlarının iradəsini ifadə edə və seçki prosesinin şəffaflığını təmin edə bilər.

Hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Seçki Məcəlləsinə uyğun olaraq vətəndaşları öz hüquq və vəzifələri barədə maarifləndirmək üçün çalışır. MSK mütəmadi olaraq müşahidəçi missiyalarla əməkdaşlıq edir və missiyalar tərəfindən qeyd olunan məsələlərin həllinə yardım edir. MSK öz işini qrafik üzrə, peşəkarcasına və Seçki Məcəlləsi tərəfindən müəyyən edilmiş bütün tələblərə, müddətə və prosesin mərhələlərinə uyğun olaraq aparır.

Missiya hesab edir ki, seçki prosesinin bütün iştirakçıları, ədalətli və demokratik seçkilərə uyğun olaraq, səslərin planlaşdırılmış sayına cavab verib-verməyəcəyindən asılı olmayaraq, nəticələri qəbul edirlər. Demokratiyanın mahiyyəti bundadır:

"Missiya seçkiqabağı kampaniyanın müddəti, seçki günü, səslərin sayılması və nəticələrin müəyyən olunması prosesinin mövcud gərginlik artırılmadan Azərbaycanda seçki qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəyinə və bu prezident seçkilərinin beynəlxalq standartlara cavab verəcəyinə ümid edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti