...

Məzahir Pənahov: Artıq seçici fəallığı müşahidə olunur

Siyasət Materials 9 Oktyabr 2013 12:11 (UTC +04:00)
Görüşdə seçkilərə hazırlıq prosesi barəsində məlumat verən MSK sədri bildirib ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq təcrübədə mövcud olan bütün standartlar tətbiq olunub və seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
Məzahir Pənahov: Artıq seçici fəallığı müşahidə olunur

Azərbaycan, Bakı, 9 oktyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçirilən prezident seçkilərində artıq seçici fəallığı müşahidə olunmaqdadır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çərşənbə günü Belarus MSK-nın sədri Lidiya Yermoşina ilə görüşdə bildirib.

Görüşdə seçkilərə hazırlıq prosesi barəsində məlumat verən MSK sədri bildirib ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq təcrübədə mövcud olan bütün standartlar tətbiq olunub və seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.

MSK sədri qeyd edib ki, seçki məntəqələri bütün informasiya texnologiyaları ilə təmin edilib və dünyanın istənilən yerindən seçki prosesinin birbaşa izlənilməsi üçün şərait yaradılıb. Səsvermə gününə olan məlumatları diqqətə çatdıran M.Pəhanov bildirib ki, artıq seçici fəallığı müşahidə olunur. MSK sədri, həmçinin qeyd edib ki, seçki prosesində baş verən neqativ halların qarşısının alınması üçün "qaynar xətt" yaradılıb.

Belarus MSK-nin sədri Lidiya Yermoşina görüşdə seçkiyə hazırlıq səviyyəsini yüksək qiymətləndirib. O, seçkilərdə seçici fəallığını müşahidə etdiyini bildirib. Yermoşina ümid etdiyini bildirib ki, seçici fəallığı yüksək səviyyədə olacaq və nəticədə seçkilər yüksək səviyyədə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti