...

Fransalı müşahidəçi: Azərbaycanda seçki prosesi sadə və rahatdır

Siyasət Materials 9 Oktyabr 2013 18:59 (UTC +04:00)
Azərbaycanda seçki prosesi çox sadə və rahatdır. Bunu çərşənbə günü Trend-ə Azərbaycanda prezident seçkilərini izləyən fransalı müşahidəçi Tyerri Jan Buasye deyib.
Fransalı müşahidəçi: Azərbaycanda seçki prosesi sadə və rahatdır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycanda seçki prosesi çox sadə və rahatdır. Bunu çərşənbə günü Trend-ə Azərbaycanda prezident seçkilərini izləyən fransalı müşahidəçi Tyerri Jan Buasye deyib.

Onun sözlərinə görə, seçki komissiyalarının üzvləri səsvermə prosesi zamanı müşahidəçiləri yaxşı qarşılayıblar: "Mən və qrupum seçki məntəqələrində əlil şəxslər və məhdud imkanlı insanlar üçün yaradılmış şəraitdən razı qaldıq".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti