...

Baltik Assambleyası: Azərbaycanda prezident seçkilərində hər hansı pozuntu faktı müşahidə olunmayıb

Siyasət Materials 9 Oktyabr 2013 23:41 (UTC +04:00)
Azərbaycanda keçirilmiş prezident seçkilərində hər hansı pozuntu faktı müşahidə olunmayıb. Trend-in məlumatına görə, bunu brifinqdə Baltik Assambleyasının rəhbəri, Latviya Seyminin deputatı Raymonds Veyonis deyib.
Baltik Assambleyası: Azərbaycanda prezident seçkilərində hər hansı pozuntu faktı müşahidə olunmayıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda keçirilmiş prezident seçkilərində hər hansı pozuntu faktı müşahidə olunmayıb. Trend-in məlumatına görə, bunu brifinqdə Baltik Assambleyasının rəhbəri, Latviya Seyminin deputatı Raymonds Veyonis deyib.

R.Veyonis qeyd edib: "Mən 4 seçki dairəsinin 9 seçki məntəqəsində oldum. Müşahidələr zamanı müəyyən olundu ki, seçki məntəqələri Mərkəzi Seçki Komissiyasının tələbləri və beynəlxalq standartlara uyğun olaraq təchiz edilib, komissiyalar çox peşəkar işləyib. Bu da o deməkdir ki, onlar demokratik seçki prosesini təmin ediblər".

O bildirib ki, məntəqələrdə bir sıra təşkilatların nümayəndələri - müstəqil müşahidəçilər, Azərbaycanın müxtəlif siyasi partiyalarından müşahidəçilər, həmçinin xarici müşahidəçilər olublar:

"Müşahidələr zamanı hər hansı qeyri-qanuni təşviqat, seçicilərə təzyiq olmayıb, pozuntu qeydə alınmayıb. Azərbaycanda prezident seçkilərinin azad və müsbət keçdiyini hesab etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti