...

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev İlham Əliyevi qələbə münasibətilə təbrik edib

Siyasət Materials 9 Oktyabr 2013 23:19 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev keçirilən çoxsaylı "exit-poll"ların nəticələrini və seçkilərin ilkin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yer almış məlumatları əsas götürərək, İlham Əliyevin qələbəsinin şəksiz olduğunu açıqlayıb.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev İlham Əliyevi qələbə münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir M.Əliyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev keçirilən çoxsaylı "exit-poll"ların nəticələrini və seçkilərin ilkin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yer almış məlumatları əsas götürərək, İlham Əliyevin qələbəsinin şəksiz olduğunu açıqlayıb.

BAXCP-dən Trend-ə daxil olan məlumata görə, Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib:

"Prezident seçkilərində qalib gəlmiş İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzulayıram. Prezidentliyə namizəd olmuş bütün şəxsləri xalqın seçiminə hörmət edərək seçkilərin nəticələrini tanımağa və Azərbaycana düşmən kəsilmiş qüvvələr tərəfindən növbəti dəfə xalqımıza və dövlətimizə qarşı istifadə olunmalarına imkan verməməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti