...

Əli Əhmədov: ATƏT DTİHB-nin ilkin hesabatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir

Siyasət Materials 10 Oktyabr 2013 17:01 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-obyektiv və qərəzli hesab edir. Bu hesabatı mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlik kimi dəyərləndirir.
Əli Əhmədov: ATƏT DTİHB-nin ilkin hesabatı Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın hakim partiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-obyektiv və qərəzli hesab edir. Bu hesabatı mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlik kimi dəyərləndirir. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına açıqlamasında deyib.

Ə.Əhmədov ATƏT DTİHB-nin Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyinin ədalətli ola bilməməsinin təəssüf doğurduğunu nəzərə çatdırıb: "Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər".

Onun sözlərinə görə, oktyabrın 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə edib: "Xalqın öz iradəsini ifadə etməsi üçün hər cür şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti