Əli Həsənov: Müşahidə missiyasının adından verilən açıqlama və rəy həm Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həm də ATƏT-in nüfuzuna ciddi zərbədir

Əli Həsənov: Müşahidə missiyasının adından verilən açıqlama və rəy həm Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həm də ATƏT-in nüfuzuna ciddi zərbədir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Trend AzərTAc-a istinadən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini təqdim edir

- Əli müəllim, bu gün ayrı-ayrı seçki müşahidə missiyaları, o cümlədən ATƏT DTİHB oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinə münasibət açıqlamışdır. Onların münasibətləri bir-birindən fərqli olmuşdur. Avropanı təmsil edən nüfuzlu beynəlxalq qurumların nümayəndələri, onların sırasında təmsil olunan deputatlar, ictimai-siyasi xadimlər və ekspertlər bütövlükdə bu seçkiləri yüksək qiymətləndirsələr də, ATƏT-i təmsil edən DTHİB tam fərqli mövqe nümayiş etdirmişdir. Bunu nə ilə izah edərdiniz?

- Dediyiniz kimi, builki prezident seçkilərini çoxsaylı beynəlxalq müşahidə missiyaları və xarici ölkələrin geniştərkibli nümayəndə heyətləri izləmişlər. Qeyd etmək lazımdır ki, builki seçkidə dəvət olunmuş bütün müşahidə missiyalarına seçki prosesini hərtərəfli izləmək üçün lazımi şərait yaradılmışdır. Əksər beynəlxalq müşahidəçilər seçkilərin gedişinə və səsvermənin yekunlarına prinsipial, obyektiv qiymət verərək, onun əsasən azad, şəffaf və demokratik şəraitdə keçirildiyini bəyan etmişlər.

Təəssüf edirik ki, medianın azad fəaliyyət göstərdiyi, ifadə azadlığının və sərbəst toplaşmaq hüququnun təmin olunduğu Azərbaycanda ATƏT DTİHB-in müşahidə missiyasının rəyi eyni seçki prosesini eyni şəraitdə izləmiş Avropa və digər beynəlxalq müşahidə missiyalarının rəyi ilə üst-üstə düşmədi.

Bilirsiniz, hər bir ölkədə seçkinin taleyini vətəndaşların iradəsi müəyyən edir. Hansı beynəlxalq təşkilatın bu prosesə necə münasibət bəsləməsindən asılı olmayaraq, onun rəyi seçilmiş şəxsin legitimliyinə xələl gətirmir və proseslər də vətəndaşların iradəsinə müvafiq şəkildə davam edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının pozuntularla bağlı açıqladığı rəy, qeyd etməliyəm ki, hər hansı ciddi bir fakta deyil, yalnız müxalifətin yaydığı yalan məlumatlara söykənir. Bu rəy olduqca qərəzli və obyektivlikdən uzaq bir yanaşmanın təzahürüdür. ATƏT-in mövqeyi ölkəmizə gəlmiş çoxsaylı müşahidə missiyalarının, o cümlədən Avropa, Amerika və Asiya ölkələrini təmsil edən müxtəlif beynəlxalq qurumların, 1000-dək müşahidəçinin mövqeyi ilə daban-dabana ziddir.

Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB-nin, QİƏT Parlament Assambleyasının və QHT Forumunun, TürkPA-nın və digər təşkilatların nümayəndələri dünən və bu gün keçirdikləri mətbuat konfranslarında, verdikləri bəyanatlarda prezident seçkilərinin azad, şəffaf, demokratik və ədalətli keçdiyini qeyd etmiş, onun beynəlxalq standartlara tam uyğun olduğunu vurğulamışlar. Həmin müşahidə missiyalarının tərkibində deputatlar, ictimai-siyasi xadimlər, QHT təmsilçiləri, seçkilərin müşahidəsi sahəsində ixtisaslaşmış təcrübəli ekspertlər vardır. Buna görə də əminliklə söyləmək olar ki, DTİHB-in mövqeyi ATƏT məkanına daxil olan ölkələrin mövqeyini qətiyyən əks etdirmir. Odur ki, bu qurumun Azərbaycanda budəfəki seçki müşahidə missiyasının tərtib etdiyi subyektiv rəy, nəinki təkcə Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həmçinin ATƏT-in üzv ölkələr qarşısındakı tərəfsizlik, obyektivlik və kollegiallıq kimi öhdəliklərinə də ziddir.

- DTHİB-in bu mövqeyi Azərbaycan ilə ATƏT arasındakı gələcək münasibətlərə necə təsir göstərəcək?

- Qeyd etməliyəm ki, belə fəaliyyət - fərqli standartlardan çıxış edərək verilən rəylər, üzv ölkələrdə keçirilən ciddi siyasi proseslərə subyektiv yanaşmalar, həm ATƏT-in nüfuzuna ciddi zərbə vurur və həm də sözsüz ki, üzv ölkələrlə onun münasibətlərinə mənfi təsir göstərir.

Bir müddət bundan əvvəl, ATƏT Ermənistanda keçirilən prezident seçkilərinə verdiyi subyektiv qiymətlə onsuz da öz obyektivliyi ilə bağlı Azərbaycan vətəndaşlarında ciddi inamsızlıq yaratmışdır. Belə ki, həmin DTİHB Ermənistandakı prezident seçkiləri dövründə bu ölkədə seçkiqabağı mühitin tam kriminallaşmasına, bütün regionlarda müxalifətin seçki kampaniyasının bütünlüklə məhdudlaşdırılmasına, prezidentliyə namizədlərdən birinin güllələnməsinə, 2 milyon əhalisi olan ölkədə 3 milyon seçicinin olduğu haqda yalan məlumatlar yayılmasına, qutulara topa-topa bülletenlərin atılmasına bilərəkdən göz yummuşdur. Medianın tamamilə boğulduğu, bütün insan haqlarının kobud şəkildə pozulduğu şəraitdə keçirilən prezident seçkilərinə xüsusi "prinsipial" və "isti" münasibət ifadə edərək, müsbət qiymət vermişdi.

Azərbaycana gəldikdə qeyd etməliyəm ki, əvvəldən hiss olunurdu ki, DTİHB öz hesabatlarında qərəzli informasiyalardan istifadə edir. Əlbəttə, ATƏT kimi bir qurumu təmsil edən institut belə hallara yol verməməlidir və onun bu yanaşması bizim üçün birmənalı şəkildə qeyri-məqbuldur. Belə getsə, Azərbaycan dövləti gələcəkdə ATƏT-lə və digər beynəlxalq təşkilatlarla əvvəlki münasibətləri davam etdirməklə yanaşı, DTİHB-lə əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaqdır.

Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Loading Bars
Xəbər lenti
COVAX təşəbbüsü çərçivəsində Azərbaycanın müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib
Bütün xəbərlər