...

ABŞ-ın bəzi ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik ediblər

Siyasət Materials 10 Oktyabr 2013 23:20 (UTC +04:00)
Nyu-Meksika ştatının qubernatoru xanım Susana Martinez Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
ABŞ-ın bəzi ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik ediblər

Azərbaycan, Bakı, 10 oktyabr / Trend /

Nyu-Meksika ştatının qubernatoru xanım Susana Martinez Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Zati-aliləri, Sizi yenidən Prezident seçilməyiniz və ölkənizi vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində yeni mərhələyə qədəm qoyması münasibətilə təbrik etmək istərdim.

ABŞ ilə Azərbaycan arasında ümumi strateji maraqlara söykənən güclü tərəfdaşlıq mövcuddur və ümid edirəm ki, Sizin səylərinizlə münasibətləriniz daha da irəliyə gedəcəkdir. Biz xalqlarımızın mənafeləri naminə vacib məsələlərdə birgə çalışmağa davam edəcəyik. Biz amerikalılar Azərbaycanın bölgədəki sabitləşdirici rolunu yüksək qiymətləndiririk. Biz amerikalılar və avropalı tərəfdaşlarımız enerji təhlükəsizliyi məsələsində Azərbaycanın lider mövqeyini yüksək qiymətləndiririk.

Tolerantlıq və insan hüquqlarına hörmət bizim birgə dəyərlərimizdir. Bunlar demokratik sistemin əsas dəyərləridir.

Cənab Prezident, Azərbaycanı daha sürətli inkişaf mərhələsinə çıxarmaqda Sizə uğurlar diləyirəm".

Oklahoma ştatının qubernatoru Meri Folindən:

"Əziz Prezident, Əliyev, növbəti beş il üçün Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Yeni rəhbərliyiniz dövründə Sizə hər şeyin ən yaxşısını arzu edirəm.
Oklahoma ştatı ilə Azərbaycan arasındakı Milli Qvardiya Dövlət Tərəfdaşlıq Proqramı və inkişaf etmiş güclü əlaqələrlə xüsusi fəxr edirik. Biz bu əlaqələrin daha da genişləndirilməsində maraqlıyıq.

ABŞ və tərəfdaşımız Azərbaycan arasındakı əlaqələr qarşılıqlı məqsədlərə və strategiyalara əsaslanır. Azərbaycanın regional təhlükəsizlik və sabitliyin inkişaf etdirilməsindəki əhəmiyyətli rolunu qiymətləndiririk.

Sizin yenidən inamlı qələbə qazanmağınız barədə xəbəri eşitməkdən olduqca məmnunam. Ali dövləti vəzifənizin uğurlu və məhsuldar olacağına ümid edirəm".

Tennesi Ştatının Sabitlik və Daxili Təhlükəsizlik Departamentinin komissiya üzvü Bil Gibbonsdan:

"Cənab Prezident Əliyev, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. İyunda Tennesi ştatının nümayəndə heyətinin üzvü kimi Azərbaycana səfərim zamanı ölkənizin inkişaf edən iqtisadiyyatının və Avropanın gələcəyi üçün daşıdığı önəmin şahidi oldum.

Həmin səfər məni ABŞ-ın bölgədəki təhlükəsizliklə bağlı marağında Azərbaycanın strateji əhəmiyyəti barədə daha da məlumatlandırdı.

Ölkələrimiz arasında uzunmüddətli işgüzar dostluq münasibətlərinin olacağına ümidvaram. Bir daha yenidən Prezident seçilməyiniz münasibətilə təbriklərimi və dərin ehtiramımı qəbul edin".

Xəbər lenti

Xəbər lenti