...

Dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlər İlham Əliyevi təbrik edirlər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Oktyabr 2013 17:20 (UTC +04:00)
Dünyanın dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlərinin İlham Əliyevə yenidən prezident vəzifəsinə seçilməsi münasibətilə təbrikləri davam edir.
Dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlər İlham Əliyevi təbrik edirlər (ƏLAVƏ OLUNUB)

Yeni təbrik məktubları əlavə olunub (İlk xəbər 14:32-də yayılıb)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend /

Dünyanın dövlət başçıları və tanınmış ictimai-siyasi xadimlərinin İlham Əliyevə yenidən prezident vəzifəsinə seçilməsi münasibətilə təbrikləri davam edir.

Oktyabrın 12-də Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən yaxşı arzularımı Zati-alinizə çatdırmaqdan məmnunam. Xalqlarımız arasında ənənəvi dostluq, qarşılıqlı dəstək və anlayışa əsaslanan hərtərəfli əlaqələr barədə bu il Bakıda etdiyimiz söhbətlər məndə belə bir əminlik yaratmışdır ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı inkişaf etdirmək üçün bu əlaqələrimizi uğurla davam etdirəcəyik.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə ali dövləti vəzifənizdə uğurlar və xoşbəxtlik arzulayır, sonsuz ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Slovakiya Respublikasının sabiq Prezidenti Rudolf Şusterin dövlət başçısına ünvanladığı məktubda deyilir:
"Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Bu seçkilərin nəticələri sübut edir ki, Siz beynəlxalq miqyasda yüksək status qazanmış ölkənizi sürətli inkişaf yolu ilə irəliyə aparırsınız. Bakıya səfərim zamanı məndə yaranmış təəssüratlara əsasən deyə bilərəm ki, Siz ölkənizin mövqeyini böyük qətiyyətlə təkcə regionda deyil, bütün dünyada gücləndirmisiniz. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram. Sizinlə bir daha görüşmək ümidindəyəm".

XXX

İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmandan:

"Seçkilərdə parlaq qələbə respublika sakinləri arasında yüksək nüfuzunuzun daha bir inandırıcı təsdiqi, xalq naminə, Azərbaycanın şöhrəti naminə məqsədyönlü əməyinizin etiraf edilməsidir.

Bu gün müstəqil Azərbaycan dünya məkanında, dünyanın aparıcı ölkələri arasında getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin böyük iqtisadi inkişafı, yüksək mənəvi-əxlaqi mühitin qorunub saxlanılması, mədəniyyət, elm və təhsilin dəstəklənməsi Sizin - güclü yaradıcı enerjiyə malik, işinin peşəkarı olan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və təkidlə nail olan bir insanın böyük şəxsi xidmətidir".

XXX

Senator, Fransa Senatının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, keçmiş nazir Jan Mari Bokeldən olan təbrik:

"Cənab Prezident, İlk növbədə, icazə verin, 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırım.
Bu seçkilərin nəticələri xüsusilə ona görə mühümdür ki, əhalinin seçkilərdə iştirak səviyyəsi çox yüksək olmuşdur.
Beləliklə, yaratdığınız siyasi sabitlik nəticəsində Siz öz gözəl ölkənizin müasirləşdirilməsini davam etdirə biləcəksiniz. Eyni zamanda, ölkənizin Avropa Şurasında üzvlüyü çərçivəsində demokratik islahatları da davam etdirə biləcəksiniz.
Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

XXX

Monteneqro Respublikasının Baş naziri Milo Dukanoviçin təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident, əziz dostum! Monteneqro Hökuməti və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan vətəndaşlarının Sizə yenidən yüksək etimad göstərməsi ölkənizin hazırkı və inanıram ki, gələcək sosial və iqtisadi inkişafına, tərəqqisinə qiymətin və dəstəyin təzahürüdür.
Əminəm ki, yeni ideya və təşəbbüslər Azərbaycan və Monteneqro arasında bütün səviyyələrdə artıq mövcud olan səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə uğurlu inkişafı üçün yeni imkanlar açacaq və əlavə təkan verəcəkdir.
Cənab Prezident, uğurlu işlərinizin davamlı olmasını səmimiyyətlə arzulayaraq, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassirdən:

"Zati-aliləri, Sizi 2013-cü il oktyabrın 9-da yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin bir daha bu ali vəzifəyə seçilməyiniz Azərbaycan xalqı tərəfindən ölkənizin sürətli inkişafı və dünya dövlətləri arasında önəmli yer tutması istiqamətində yürütdüyünüz siyasətə verilən dəstəyin bariz nümunəsidir.
Əminəm ki, Sizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş geniş dünyagörüşünüz yeni prezidentlik müddətinizdə qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təbliği və tərənnümü üçün strateji imkanlar yaradacaqdır.
BMT-nin Sivilizasiyaların Alyansına göstərdiyiniz dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu, Sizin mədəniyyətlər arasında dialoqun, həmçinin dünyada sülhün və inkişafın gücləndirilməsi istiqamətində fəaliyyətinizin bariz nümunəsidir".

XXX

Fransanın Burqundiya regionunun Yon vilayəti Ali Şurasının Prezidenti Andre Vilyenin təbrik məktubunda deyilir:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.
Birinci və ikinci prezidentlik müddətinizdə ölkənizin Sizin sayənizdə təmin edilmiş möhtəşəm iqtisadi inkişafı və həyata keçirdiyiniz cəsarətli demokratik islahatlar Sizin bu yüksək vəzifəyə yenidən seçilməyiniz üçün həlledici rol oynadı.
Mən xüsusi olaraq şərəf hissi keçirirəm ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də isə Gəncədə İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün çox yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bu səfər zamanı Azərbaycan ilə Yon vilayəti arasında mövcud olan tərəfdaşlığın, o cümlədən maldarlıq, şərabçılıq, çörək məhsulları istehsalı sahələrində və futbol üzrə əməkdaşlığımızın daha da gücləndirilməsi üçün yeni bir fürsət yaranacaqdır.
Zati-aliləri, Sizinlə görüşmək arzusu ilə və yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm".

XXX

MDB-nin Beynəlmiləl döyüşçülərin işləri üzrə Komitəsinin sədri, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən:

"Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, zəngin həyat təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının dinamik və davamlı inkişafına dair məsələləri gələcəkdə də uğurla həll etməyinizə imkan verəcəkdir.
Planlarınızın və təşəbbüslərinizin həyata keçməsində Sizə səmimi qəlbdən yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq, Sizə və yaxınlarınıza xoşbəxtlik arzulayıram".

XXX

Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Oljas Süleymenovdan:

"Əziz İlham Heydər oğlu,
Sizi və bütün Azərbaycan xalqını seçkilərdə möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm. UNESCO seçkilərin nəticələri barədə məlumatı alqışlamışdır. İcraiyyə Şurasının iclasında Baş direktorun nitqində Azərbaycanın bu Təşkilata göstərdiyi dəstəkdən bəhs edilmişdir. Biz Sizinlə bərabər, UNESCO-nun xoşməramlı səfiri gözəl Mehriban xanımı da təbrik edirik!
Qoy Sizin yüksək ilhamınız işlərinizə və niyyətlərinizə həmişə enerji versin! Sizə cansağlığı və uzun ömür arzu edirəm!"

XXX

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasın təbrik məktubunda deyilir:

"Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Fələstin dövləti və xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük məmnunluq duyuram. Xalqınızın məqsədlərinə çatmasında, inkişafı və tərəqqisi yolunda göstərdiyiniz səylərdə Zati-alinizə uğurlar arzu edirəm. Sizə xalqlarımızın və ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığı naminə tərəfdaşlığımızı təklif edir, həmçinin tarixi qardaşlıq əlaqələrimizin gücləndirilməsini diləyirik".

xxx

Şabli şəhərinin meri, Fransanın Burqundiya regionunun

Yon vilayətinin Ali Şurasının birinci vitse-prezidenti Patrik Jandrodan:

"Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə təbrik etmək istərdim. Bu qələbə Sizin Azərbaycan və azərbaycanlılar üçün hər gün gördüyünüz böyük işlərin nəticəsidir.
Çox böyük şərəf hissi ilə Yon vilayətinin Ali Şurasının Prezidenti cənab Andre Vilye və senator Piyer Bordiyerlə bu ayın sonunda Sizin ölkənizə səfər edəcəyik.
Bu səfər bizim Yon vilayəti ilə Azərbaycan arasında mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün bir fürsət olacaqdır".

xxx

Dünya Taekvondo Federasiyasının Prezidenti Çunqvon Çodan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Dünya Taekvondo Federasiyasının ən səmimi təbriklərini qəbul edin.
Azərbaycan xalqı ölkənizi müəyyənləşdirdiyiniz istiqamətdə irəliyə aparmaq üçün Sizə yenidən etimad göstərmişdir. Əminəm ki, Siz seçicilərin etimadını qarşıdakı illərdə də doğruldacaq, Azərbaycanı daha da irəliyə aparacaqsınız.
Dünya Taekvondo Federasiyası Sizin fəal köməyinizlə taekvondonun dünya səviyyəsinə qaldırılması, ilk dəfə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına daxil edilməsi, bütün dünyada qarşılıqlı anlaşma və sülh vasitəsi kimi qəbul olunması üçün göstərdiyiniz dəstəyi yüksək qiymətləndirir.
Növbəti illərdə Azərbaycanın daha böyük uğurlar qazanmasını səbirsizliklə gözləyirik. Mənim dostluğuma və dəstəyimə hər zaman etibar edə bilərsiniz".

xxx

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq və möhtəşəm qələbəniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm. Azərbaycan seçiciləri Sizi yenidən Prezident seçməklə fəaliyyətinizi yüksək qiymətləndirmişlər. Bu fəaliyyət sayəsində Azərbaycan iqtisadi və sosial inkişaf yolu ilə inamla irəliləyir, beynəlxalq mövqelərini möhkəmləndirir.
Əminik ki, Sizin rəhbərliyiniz altında respublikada həmkarlar ittifaqlarının hüquq və azadlıqlarına etibarlı surətdə təmin edilməsi, səmərəli sosial dialoqun inkişafı üzrə işlər bundan sonra da davam edəcəkdir. Möhtərəm cənab Prezident, Sizə ən xoş arzularımızı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimizi qəbul edin".

xxx

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovdan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası və Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından ən xoş və səmimi təbriklərimizi qəbul edin.
Həmkarlar İttifaqları Sizin Azərbaycanın möhkəmlənməsinə və inkişafına, onun beynəlxalq nüfuzunun artmasına, sosial proqramların həyata keçirilməsinə və ölkə vətəndaşlarının rifahının yüksəlməsinə yönəlmiş səmərəli işinizi, MDB məkanında inteqrasiya proseslərinin inkişafına, xalqlarımızın dostluğunun möhkəmlənməsinə töhfənizi qeyd edir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikasına rəhbərlikdə yeni uğurlar arzulayıram. Ümidvaram ki, Siz Həmkarlar İttifaqlarının təkliflərinə və sosial-əmək təşəbbüslərinə diqqət və dəstək verəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti