Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Oktyabrın 12-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, saat 16:20-dən 17:20-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, "El" hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.