Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Misirin sabiq prezidenti Məhəmməd Mursinin həbsi daha 30 sutka artırılıb. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir məhkəməsi qərar verib.
Qeyd edək ki, Mursi kütləvi aksiyalarla iyulun 3-də hakimiyyətdən gedib.
Ölkənin baş prokurorluğu isə onun həbs olunması haqqında qərar qəbul edib.
Onun həbsinin müddəti sonuncu dəfə sentyabrın 14-də uzadılıb.