...

İrina Bokova: Azərbaycan ilə UNESCO arasında çox gözəl əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək

Siyasət Materials 16 Oktyabr 2013 17:13 (UTC +04:00)
UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
İrina Bokova: Azərbaycan ilə UNESCO arasında çox gözəl əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend

UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "Növbəti prezident seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə UNESCO adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan Respublikasının ali dövləti vəzifəsində Sizə davamlı müvəffəqiyyət arzulayıram.

Fürsətdən istifadə edərək ölkənizin UNESCO-nun fəaliyyətində oynadığı mühüm rolu çox yüksək qiymətləndirirəm. May ayında Azərbaycana səfərimdən çox gözəl xatirələr qalıb. O zaman mən Azərbaycan Respublikası Hökumətinin çoxtərəfli beynəlxalq əməkdaşlıq öhdəliklərinə və inkişafa sadiqliyinin şahidi oldum. Azərbaycanın təşkilatımızın qlobal missiyalarına verdiyi dəstəkdə UNESCO-nun xoşməramlı səfiri kimi birinci xanım Mehriban Əliyevanın dəyərli töhfələrini xüsusi qeyd edirəm.

İnanıram ki, Azərbaycan ilə UNESCO arasında çox gözəl əməkdaşlıq əlaqələri gələcək illərdə daha da inkişaf edəcəkdir.

Əmin ola bilərsiniz ki, bunun üçün mən əlimdən gələni edəcəyəm.

Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti