...

Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

Siyasət Materials 18 Oktyabr 2013 18:52 (UTC +04:00)
Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti Adli Mənsur Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Misir Ərəb Respublikasının müvəqqəti Prezidenti Adli Mənsur Azərbaycanın dövlət başçısı İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə dost Azərbaycan xalqının tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Əminəm ki, ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyədə inkişafının şahidi olacağıq".

XXX

Mərakeş Kralı VI Mohammeddən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alilərinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı bildirir, Sizə cansağlığı və xoşbəxtlik, müdrik rəhbərliyiniz altında qardaş Azərbaycan xalqına daha yüksək tərəqqi və rifah diləyirəm.

Mən fürsətdən istifadə edib bir İslam ümməti olaraq, ölkələrimiz arasında qardaşlıq əlaqələrinə və qarşılıqlı ehtiramımıza nə qədər yüksək dəyər verdiyimi, gələcəkdə qarşılıqlı maraqlara xidmət məqsədi ilə hər bir sahədə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməkdən məmnunluq duyduğumu bildirmək istəyirəm.

Zati-aliləri, bir daha Sizi səmimi qəlbdən təbrik edir, ehtiramımı bildirirəm".

XXX

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri- Enrike Akkorsi Opazodan:

"Çili-Azərbaycan parlamentlərarası dostluq qrupu adından və şəxsən öz adımdan Zati-alilərinə yeni prezidentliyiniz dövründə böyük nailiyyətlər arzulamaqdan məmnunluq duyuram.

Prezident seçkilərində Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səs çoxluğu ilə qazandığınız parlaq qələbə münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm".

XXX

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabdan:

"Prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Ötən prezidentliyiniz dövründə Azərbaycan sürətlə inkişaf etmiş, xalqın rifahı yüksəlmişdir.

Sizin hakimiyyətiniz Azərbaycana sabitlik və hətta dünya iqtisadi böhranının da təsir edə bilmədiyi iqtisadi inkişaf bəxş etmişdir. Belə mürəkkəb dövrdə bu, heç də asan iş deyildir. Amma Sizin hökumətinizin uğurlu siyasəti ölkədə regiona nümunə ola biləcək rəqabətədavamlı iqtisadiyyat qurmağa nail olmuşdur. Mən Sizin karbohidrogen sənayesini şaxələndirməyə, informasiya texnologiyaları və telekommunikasiya kimi gələcəyin sənaye sahələrinin inkişafına yönəlmiş səylərinizi yüksək qiymətləndirirəm.

Dünya İqtisadi Forumu ilə Azərbaycan Hökuməti arasındakı əlaqələrə böyük dəyər verdiyimi, aktual məsələləri və vacib problemləri müzakirə etmək üçün Sizi illik iclaslarımızda görməkdən böyük məmnunluq duyduğumu bildirmək istərdim.

Yanvarda Sizi Davosda səbirsizliklə gözləyirəm".

XXX

Koreya Respublikasının Yeni Hüdud Partiyasının sədri Hvanq Vu Yedən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yeni Hüdud Partiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Prezident seçkilərində parlaq qələbəniz Sizin ölkəyə uğurlu rəhbərliyinizə və dövlət idarəçiliyi təcrübənizə Azərbaycan xalqının inamının təsdiqidir.

Yeni Hüdud Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx əlaqələr uğurla davam edir. Mən Sizin bundan əvvəlki prezidentliyiniz dövründə münasibətlərimizin sürətli inkişafını yüksək qiymətləndirirəm.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycanın və Yeni Azərbaycan Partiyasının davamlı inkişafını səmimi qəlbdən arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm".

XXX

Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrəndən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Fransa-Azərbaycan Ticarət Palatası adından və şəxsən öz adımdan Sizə təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Ölkənizin iqtisadi, sosial və siyasi inkişafını davam etdirdiyinizə və sürətləndirdiyinizə görə Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi.

Sizin rəhbərliyinizlə ölkənizin iqtisadi inkişafını Fransa-Azərbaycan Ticarət Palatası diqqətlə izləyir.

Əminik ki, Azərbaycanın sosial-iqtisadi inkişafı davamlı olacaq, işğal altındakı əraziləriniz sülh yolu ilə azad ediləcək, ölkənizdə əmin-amanlıq və sabitlik daha da möhkəmlənəcəkdir.

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu sayəsində iqtisadi əlaqələrimiz xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf etmiş və möhkəmlənmişdir".

XXX

Daha Yaxşı Macarıstan uğrunda hərəkatının sədri Qabor Vonadan və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşidən:

"Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı qəbul edin.

Seçkilərdə parlaq qələbəniz xalqın marağına uyğun olaraq Sizin ölkəyə davamlı sabitlik və iqtisadi dirçəliş gətirən siyasi proqramınıza Azərbaycan xalqının göstərdiyi etimadın təsdiqidir. Həm Azərbaycanda, həm də beynəlxalq aləmdə ölkənizə uğur qazandırmaq üçün göstərdiyiniz səylərinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Fürsətdən istifadə edərək ən dərin ehtiramımızı bildiririk".

XXX

Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri Müfti şeyx Ravil Qaynutdindən:

"Rusiya Müftilər Şurası, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsi adından və şəxsən öz adımdan Sizə yüksək hörmət və ehtiramımı bildirirəm. Prezident seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin inamlı qələbəniz ölkənizin vətəndaşları arasında yüksək etimadınızı və şəksiz nüfuzunuzu təsdiq edir. Əminəm ki, Sizin qələbəni Azərbaycan xalqının ölkənin sosial-iqtisadi inkişafına və respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yönələn kursunuzu hərtərəfli dəstəkləməsi təmin etmişdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun illər boyu tükənməz güc və enerji, ali dövləti vəzifədə xalqlarımızın və ölkələrimizin gələcək inkişafı, eləcə də Sizin ölkənizin tərəqqisi naminə yeni uğurlar arzulayıram!

İcazə verin, Sizi və Sizin şəxsinizdə Azərbaycan Respublikasının vətəndaşlarını Rusiya Federasiyasının çoxmilyonlu müsəlman ümməti adından, həmçinin Qurban bayramı münasibətilə təbrik edim".

XXX

Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagindən:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik etməkdən xoşbəxtəm.

Azərbaycan xalqı Sizi praktiki olaraq yekdilliklə öz rəhbəri seçmişdir. Bu, təəccüblü deyil, çünki Siz dünyada çox yüksək nüfuz sahibi olan görkəmli siyasi xadim, öz siyasi fəaliyyətilə 1990-cı illərin əvvəlində Azərbaycanı ağır siyasi böhrandan çıxarmış atanızın işinin layiqli davamçısısınız. Müasir dövrün nəhəng siyasi lideri olmuş Heydər Əlirza oğlu Əliyev dünyanın iyirmi ən güclü siyasətçisi sırasına daxil idi. O, respublikanı yenilənmə yoluna qaytarmaq və onun resurslarını inkişaf etdirmək üçün ən zəruri tədbirlər görmüşdür. Bu gün Siz onun işini layiqincə davam etdirirsiniz. Mən Sizin gözəl respublikanızı, Bakını çox sevirəm. Bakı ilə bağlı yaradıcı əlaqələrim və çox fərəhli xatirələrim vardır.

Ölkənizə firavanlıq arzulayıram. Qoy nikbinlik, səbir və quruculuq enerjisi heç vaxt tükənməsin. Qoy Sizin bütün planlarınız və niyyətləriniz uğurla həyata keçsin, həmfikirlərinizin əhatə dairəsi genişlənsin".

XXX

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Səfir Şamil Ələsgərovdan:

"İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi olaraq, iki uğurlu prezidentlik müddətindən sonra Azərbaycan xalqının üçüncü dəfə Sizə yüksək etimad göstərərək yenidən Prezident seçməsi münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq və şərəf duyuram. Bu, Sizin liderliyinizin və demokratiyaya möhkəm bağlılığınızın bariz təsdiqidir.

Azərbaycan böyük gələcəyi, potensialı, strateji cəhətdən vacib, zəngin təbii sərvətləri və istedadlı xalqı olan ölkədir. Azərbaycan beynəlxalq aləmdə mühüm yer tutur, regional səviyyədə tərəqqi və inkişaf amili hesab olunur. Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan regional və beynəlxalq işlərdə daha fəal və konstruktiv rol oynayacaqdır. Biz İqtisadi Əməkdaşlıq Təşkilatında Zati-alinizin dəstək və tövsiyələrinə həmişə ümid bəsləyirik.

Zati-aliləri, icazə verin, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayım".

XXX

1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Peter Stoyanovdan:

"İcazə verin, ilk növbədə 2013-cü il oktyabrın 31-dən noyabrın 1-dək Bakı şəhərində keçiriləcək Üçüncü Beynəlxalq Humanitar Foruma məni dəvət etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirim.

Fürsətdən istifadə edib Sizi prezident seçkilərində inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə də təbrik edirəm. Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da xalqın rifahının yüksəlməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun artması yolu ilə irəliləyərək yüksək iqtisadi göstəricilər və davamlı inkişaf sürəti nümayiş etdirəcəkdir".

XXX

Nyu-Meksiko ştatının qubernatoru Susana Martinezdən:

"Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addım münasibətilə təbrik edirəm.

Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim etmək imkanı yaradır.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Əminəm ki, ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və tərəqqinin təbliği üçün birlikdə işləməkdə davam edəcəklər. Bir amerikalı kimi mən Azərbaycanın ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm töhfələrini yüksək qiymətləndirirəm.

Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimizi Trans-Adriatik boru kəməri layihəsinin (TAP) "Cənub" qaz dəhlizinin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərar daha da gücləndirmişdir. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır.

Bizim ortaq dəyərlərimizə müxtəliflik, tolerantlıq, azlıqlara və insan hüquqlarına hörmət də daxildir. Bunlar hər bir demokratik sistemin fundamental əsaslarıdır.

Cənab Prezident, Azərbaycanın dostu olaraq ölkənizi inkişaf etdirmək səylərinizdə Sizə uğurlar və xalqınıza rifah arzulayıram".

XXX

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Ərəndən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və böyük nüfuza malik ölkənizdə sülh və əmin-amanlığa gətirib çıxarmış nailiyyətlərin davamlı olmasını arzulayıram.

Prezident seçkilərinin nəticələri Zati-alinizin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlara xalqınızın inam və etibarını bir daha təsdiq edir.

Hörmətli cənab Prezident, Sizin bütün səylərinizin bundan sonra da uğurlu olmasını arzu edirəm.

Xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin".

XXX

Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardosodan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və seçkilərdəki parlaq qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Eyni zamanda, bildirmək istəyirəm ki, bu ilin aprel ayında ölkənizə səfərim zamanı sizinlə görüşmək mənim üçün böyük şərəf oldu. Ümidvaram ki, Siz də yaxın gələcəkdə Uruqvaya səfər edəcəksiniz.

Cənab Prezident, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm".

XXX

Kolumbiya Respublikasının senatoru Alexandra Morena Pirakivedən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Azərbaycanı yaxından tanıdığım üçün ölkənizin Sizin rəhbərliyinizlə qazandığı uğurları daim izləyirəm. Seçkilərdə parlaq qələbəniz münasibətilə Sizi təbrik edir, qardaş Azərbaycan xalqına davamlı tərəqqi arzulayıram.

Öz adımdan və Senatın II Komitəsinin senatorları adından əmin edirəm ki, ikitərəfli əməkdaşlığımızın və parlament diplomatiyamızın inkişafına sadiq qalacağıq.

Zati-aliləri, Sizə xoş arzularımı və ehtiramımı çatdırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti