...

Türkiyədə hərbçilərin tərxis olunmasının birinci mərhələsinin başlanacağı vaxt açıqlanıb

Siyasət Materials 22 Oktyabr 2013 09:59 (UTC +04:00)
Türkiyədə hərbçilərin tərxis olunmasının birinci mərhələsi 2014-cü il yanvarın 1-də başlayacaq.
Türkiyədə hərbçilərin tərxis olunmasının birinci mərhələsinin başlanacağı vaxt açıqlanıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir R. Hafizoğlu/

Türkiyədə hərbçilərin tərxis olunmasının birinci mərhələsi 2014-cü il yanvarın 1-də başlayacaq. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin birinci müavini Bülənt Arınç deyib.

Onun sözlərinə görə, tərxis olunacaq hərbçilərin sayı 70 min təşkil edəcək.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hökumətin hərbi xidmət müddətinin 12 ayadək azaldılması barədə planlarını açıqlamışdı.

Baş Qərargahın bəyanatına əsasən, ölkə universitetlərinə daxil olanlar üçün hərbi xidmət müddəti 6 ay olaraq qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti