...

Azərbaycanın bir sıra şəhər apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunublar

Siyasət Materials 22 Oktyabr 2013 12:23 (UTC +04:00)
Azərbaycanın Bakı, Gəncə və Şirvan şəhər apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunublar.
Azərbaycanın bir sıra şəhər apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunublar

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Bakı, Gəncə və Şirvan şəhər apellyasiya məhkəmələrinin hakimləri tutduqları vəzifələrindən azad olunublar.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında qəbul olunub.

Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən "Məhkəmələr və hakimlər haqqında" qanunun 97-ci maddəsinə əsasən parlamentə təqdimat göndərilib.

Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad edilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti