...

Böyük Britaniyanın NATO-nun gələn il keçiriləcək sammitinə ev sahibliyi edəcəyi nəzərdə tutulur

Siyasət Materials 22 Oktyabr 2013 17:11 (UTC +04:00)
Böyük Britaniyanın NATO-nun 2014-cü ildə keçiriləcək sammitinə ev sahibliyi edəcəyi nəzərdə tutulur. Bu barədə Trend alyansın rəsmi saytına istinadən məlumat verir.
Böyük Britaniyanın NATO-nun gələn il keçiriləcək sammitinə ev sahibliyi edəcəyi nəzərdə tutulur

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir S.Əhmədova/

Böyük Britaniyanın NATO-nun 2014-cü ildə keçiriləcək sammitinə ev sahibliyi edəcəyi nəzərdə tutulur. Bu barədə Trend alyansın rəsmi saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunub ki, NATO-nun baş katibi Anders Foq Rasmussen təşkilatın 2014-cü ildə keçiriləcək sammitinin Böyük Britaniyada təşkil edilməsi təklifini alqışlayıb.

Baş katib qeyd edib ki, bu təklif NATO mütəffiqləri tərəfindən də bəyənilib və qəbul edilib: "Sammit bizim ISAF missiyamızın gələn ilin sonunda başa çatmasını qeyt etmək üçün yaxşı imkan olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti