...

Kiyevdə Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

Siyasət Materials 25 Oktyabr 2013 15:47 (UTC +04:00)
Ukraynanın paytaxtı Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 10-cu iclası keçiriləcək.
Kiyevdə Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Ukraynanın paytaxtı Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 10-cu iclası keçiriləcək.

Trend Ukrayna XİN-in rəsmi saytına istinadən məlumat verir ki, iclasa hazırlıq məsələlərini Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko müzakirə ediblər.

Görüş zamanı tərəflər yüksək səviyyədə siyasi dialoq daxil olmaqla, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivləri kimi aktual məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti