...

Gürcüstan MSK məntəqələrdə kütləvi bülleten atılması ilə bağlı informasiyaları təkzib edib

Siyasət Materials 27 Oktyabr 2013 18:45 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 oktyabr /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası məntəqələrdə kütləvi bülletenləri seçki qutularına atılması ilə bağlı informasiyaları yoxlayıb.

Trend-in məlumatına görə, "Demokratik hərəkat" partiyasının namizədi Nino Burcanadze deyib ki, Marneulidəki 26, 24, 26 və 58 saylı seçki məntəqələrində qutulara kütləvi bülletenlər atılıb.

MSK-nın mətbuat katibi Eka Azaraşvili bildirib ki, bu informasiya Mərkəzi Seçki Komissiyasına daxil olan kimi onlar yoxlanıldı və həqiqətə uyğun olmadığı üzə çıxdı.

O, bildirib ki, yalnız Zestafonidəki 9 saylı məntəqədə səsvermə prosesi müvəqqəti olaraq, dayandırılıb. Çünki, seçici seçki qutusunu zədələmişdi. Məntəqə seçki komissiyası bu məsələni araşdıracaq və səsvermənin davam etdirilməsi üçün qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti