Azərbaycan, Bakı, 30 oktyabr / Trend, müxbir S.Əhmədova /
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri gələn həftənin əvvəli Azərbaycana səfər edəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə bildiriblər.
Həmsədr səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin gələn həftə regiona səfəri planlaşdırılır.