...

Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub

Siyasət Materials 31 Oktyabr 2013 17:39 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul edib.
Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, R.Demçenko Azərbaycanda keçirilmiş prezident seçkiləri və hökumətin yeni tərkibinin formalaşdırılması münasibətilə səmimi təbriklərini ifadə edərək, Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Bakıda keçirilən Humanitar Forumda iştirak etdiyini deyən R.Demçenko Forumun yüksək səviyyədə təşkil edildiyini və Ukraynanın geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb.

Nazir E.Məmmədyarov Azərbaycan ilə Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu qeyd edərək, Ukraynanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Görüş əsnasında hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti