...

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla sərhədlərin açılacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib

Siyasət Materials 8 Noyabr 2013 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Xarici İşlər Nazirliyi bəzi KİV-də Ermənistanla sərhədlərin açılması istiqamətində guya Azərbaycan tərəfini razı salmaq üçün addımlar atıldığı haqqında gedən xəbərləri təkzib edir. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindan məlumat verilib.

Məlumatda qeyd olunur ki, XİN-in mətbuat katibi KİV-də gedən bu kimi xəbərlərin heç bir əsası olmadığını bildirir.

Məlumata əsasən, Türkiyə-Ermənistan danışıqları Azərbaycan-Ermənistan danışıqlarına paralel olaraq aparılır və rəsmi Ankara bunu dəfələrlə bəyan edib.

Məlumatda o da qeyd olunur ki, Türkiyə ATƏT-in Minsk qrupunun fəaliyyətini yaxından izləyir və problemin tez bir zamanda həlli üçün hər bir addımı atmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti