...

Həsən Ruhani: İran öz nüvə hüququndan əl çəkməyəcək

Siyasət Materials 10 Noyabr 2013 15:59 (UTC +04:00)
İran öz prinsiplərini sanksiya və təhdidlərdən imtina müqabilində dəyişməyəcək və milli maraqlarından, o cümlədən dinc nüvə hüququndan əl çəkməyəcək.
Həsən Ruhani: İran öz nüvə hüququndan əl çəkməyəcək

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir T.Cəfərov/

İran öz prinsiplərini sanksiya və təhdidlərdən imtina müqabilində dəyişməyəcək və milli maraqlarından, o cümlədən öz nüvə hüququndan əl çəkməyəcək. Trend-in "Tasmin" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani ölkə parlamentində çıxışı zamanı deyib.

H.Ruhani bildirib: "Biz müəyyən çərçivədən kənara çıxa bilmərik, bizim mili maraqlarımız, o cümlədən dinc məqsədlə nüvə enerjisindən istifadə etmək hüququmuz beynəlxalq qanunlara uyğundur. Uranın İran ərazisində zənginləşdirilməsi isə bizim üçün "qırmızı xət"dir".

Prezident qeyd edib ki, İran "nüvə dövlət dedikdə digərlərini hədələmək üçün nüvə silahı deyil, inkişaf və dinc məqsədlə nüvə enerjisi texnologiyalarına yiyələnməyi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti