Azərbaycan, Bakı, 11 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti III Beniqno Akinoya başsağlığı məktubu ünvanlayıb.
Dövlət başçısının məktubunda deyilir: "Ölkənizdə baş vermiş dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".