...

Türkiyə müdafiə sahəsində dünya lideri olmaq niyyətindədir

Siyasət Materials 12 Noyabr 2013 09:46 (UTC +04:00)
Türkiyə müdafiə sahəsində dünyada liderlik etmək niyyətindədir. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan edib.
Türkiyə müdafiə sahəsində dünya lideri olmaq niyyətindədir

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə müdafiə sahəsində dünyada liderlik etmək niyyətindədir. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri İsmət Yılmaz bəyan edib.

Onun sözlərinə görə, ölkənin güclü orduya malik olması qonşu dövlətlərin Türkiyənin müttəfiqi olmaq istəmələrinə gətirib çıxarıb.

Nazir əlavə edib ki, Ankara gələcəkdə də ölkənin müdafiə sənayesini inkişaf etdirəcək.

İ.Yılmazın qeyd etdiyi kimi, 2016-cı ildə Türkiyənin müdafiə sənayesi məhsullarının idxalından gəlirlər səkkiz milyard dollara çatacaq.

Son illər Türkiyənin müdafiə sənayesi diqqəti öz məhsullarının işlənməsi və istehsalına cəmləşdirib. Türkiyə müdafiə sənayesi sahəsində 54 faiz özünütəchizetmə səviyyəsinə nail ola bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti