...

Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 Noyabr 2013 12:21 (UTC +04:00)
Noyabrın 12-də Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Ankaranın Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında - Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev türk əsgərlərini salamladı.

Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.

Sonra Azərbaycan və Türkiyə prezidentləri, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül birgə xatirə şəkli çəkdirdilər.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və xanımı Hayrünnisə Gülün birgə görüşü olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti