...

Ermənilərin qondarma "soyqırım" təbliğatının qarşısının alınması üçün dövlət qurumlarına əlavə vəsait ayrılması təklif edilib

Siyasət Materials 14 Noyabr 2013 13:11 (UTC +04:00)
Millət vəkili ermənilərin qondarma "soyqırım" təbliğatının qarşısının alınması üçün büdcədən dövlət qurumlarına əlavə vəsait ayrılmasını təklif edib.
Ermənilərin qondarma "soyqırım" təbliğatının qarşısının alınması üçün dövlət qurumlarına əlavə vəsait ayrılması təklif edilib

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Millət vəkili ermənilərin qondarma "soyqırım" təbliğatının qarşısının alınması üçün büdcədən dövlət qurumlarına əlavə vəsait ayrılmasını təklif edib.

Trend xəbər verir ki, belə bir təkliflə millət vəkili Fuad Muradov bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

F.Muradov qeyd edib ki, 2015-ci ildə dünya erməniləri qondarma "soyqırımın" yubileyini keçirəcəklər. Ona görə də millət vəkili onların təbliğatının qarşısının alınması üçün büdcədən vəsait ayrılmasını təklif edib: "Mən istərdim ki, müvafiq dövlət qurumlarına xüsusi maliyyə ayrılsın ki, onlar bu təbliğatın qarşısını ala bilsinlər. Ermənilər buna çox ciddi hazırlaşırlar. Artıq çox böyük tədbirlər həyata keçirmək istəyirlər. Bilirəm ki, Azərbaycanın da imkanı var ki, öz təbliğatını aparsın".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti