...

İlham Əliyev Küveyt və Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib

Siyasət Materials 14 Noyabr 2013 17:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul etmişdir.
İlham Əliyev Küveyt və Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin etimadnaməsini qəbul etmişdir.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu dedi. Prezident İlham Əliyev Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Səfir Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarını dövlətimizin başçısına çatdırdı. Küveytli diplomat yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə əlaqələrin genişləndirilməsi işinə böyük önəm verdiyini dedi.

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt şahzadəsinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin başçısına və Küveyt şahzadəsinə çatdırmağı xahiş etdi.

XXX

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genci Muçayın etimadnaməsini qəbul etmişdir.

Səfir Genci Muçay fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Genci Muçay etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Genci Muçay Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, əməkdaşlığımızın genişləndirilməsində xalqlarımız arasında mövcud olan yaxın əlaqələrin əhəmiyyətini qeyd etdi. Albaniyalı diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsini məmnunluqla vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi. Ölkəmizin Albaniya ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyən Prezident İlham Əliyev regional əhəmiyyətli birgə enerji layihəsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti