...

Sergey Lavrov: Xəzər Konvensiyasının layihəsi üzərində iş irəliləyir

Siyasət Materials 21 Noyabr 2013 12:07 (UTC +04:00)
Rusiya hesab edir ki, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın layihəsi üzərində iş yaxşı gedir və daha əvvəl imzalanmış və razılaşdırılmağa hazırlanan əməkdaşlığın istiqamətlərini konkretləşdirməyin vaxtı çatıb.
Sergey Lavrov: Xəzər Konvensiyasının layihəsi üzərində iş irəliləyir

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Rusiya hesab edir ki, Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın layihəsi üzərində iş yaxşı gedir və daha əvvəl imzalanmış və razılaşdırılmağa hazırlanan əməkdaşlığın istiqamətlərini konkretləşdirməyin vaxtı çatıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti RF XİN rəhbəri Sergey Lavrova istinadən xəbər verir.

Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində hazırda Moskvada keçirilən xüsusi işçi qrupunun 34-cü iclasının açılışında iştirak edən rusiyalı nazir bildirib: "Bizim sonuncu dəfə 2011-ci iyulunda Moskvada toplaşdığımız andan iki ildən çox vaxt keçir. Sevindiricidir ki, bu dövr itirilməyib və danışıqlar prosesinin yüksək intensivliyi ilə səciyyələnir. Qiymətləndirmələrimizə görə, Xəzərin hüququ statusu üzrə Konvensiyanın layihəsi üzərində işlər... pis irəliləmir".

S.Lavrov qeyd edib ki, Xəzərin dəniz mühitinin müdafiəsi üzrə Tehran Konvensiyasının yeni protokollarının hazırlanması, hidrometeorologiya, Xəzərin bioloji resurslarının saxlanılması və onlardan rasional istifadə kimi sahələrdə əməkdaşlıq, fövqəladə hallardan xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması haqqında sazişlər başa çatmaq mərhələsindədir.

Onun sözlərinə görə, "Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2010-cu ildə imzalanmış sazişin paraflanması da tamamlanma mərhələsindədir: "Bu saziş sahilboyu ölkələrin təhlükələrlə daha effektiv, daha sahmanlı mübarizəsi üçün yaxşı imkanlar açır. Hesab edirik ki, göstərilən sazişlərin paraflanması prosesini başa vurmaqla, eyni zamanda, həmin sənədlərdə qeyd edilən əməkdaşlığın müxtəlif istiqamətlərini konkretləşdirəcək protokolların hazırlanması ilə məşğul olmağın vaxtı çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti