...

Türkiyə və Azərbaycan hakim partiyalarının gəncləri görüş keçiriblər (FOTO)

Siyasət Materials 23 Noyabr 2013 00:48 (UTC +04:00)
Türkiyə Cümhuriyyətinin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə 22-25 noyabr tarixlərində ölkəmizə işgüzar səfərə gəlmişdir.
Türkiyə və Azərbaycan hakim partiyalarının gəncləri görüş keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Türkiyə Cümhuriyyətinin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə 22-25 noyabr tarixlərində ölkəmizə işgüzar səfərə gəlmişdir.

Səfərin ilk günü zəngin keçmişdir. Belə ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun müşaiyəti ilə AKP Gənclik Qollarının üzvləri öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını, sonra Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət etmişlər.

Daha sonra nümayəndə heyəti Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanovun, Milli Məclisin sədr müavini Bahar Muradovanın qəbulunda olmuş, Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Gənclər Fondunda işgüzar görüşlər keçirmişlər.

Keçirilən görüşlərdə iki qardaş ölkə arasında bütün sahələrdə olan əməkdaşlıqdan söhbət açılmış, əməkdaşlıqda yeni imkanlarla bağlı müzarikələr aparmışlar.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil edilən bu görşlərin əsas məqsədi partiyaların gənclər birlikləri arasında münasibətləri daha da yaxşılaşdırmaq və gələcəkdə birgə layihələr reallaşdırmaqla dövlətlərarası əməkdaşlığa tövhə verməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti