...

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

Siyasət Materials 23 Noyabr 2013 23:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ənənəvi dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti