Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/
Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahimbəyovun sədr postundan istefa ərizəsi müzakirəyə çıxarılıb.
Trend-in verdiyi məlumata görə, sessiyada R.İbrahimbəyovun ərizəsi qəbul olunub.
Onun əvəzinə Cəmil Həsənli Milli Şuranın sədri postuna seçilib.
Sessiyada R.İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklifinə isə Müsavat başqanı İsa Qəmbər etiraz edib. İ.Qəmbər bildirib ki, R.İbrahimbəyov Rusiya vətəndaşı olduğundan Milli Şuranın fəxri sədri seçilməməlidir.
Həmçinin, Rəsul Quliyevin Milli Şurada fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub.