...

Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib

Siyasət Materials 5 Dekabr 2013 10:05 (UTC +04:00)
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Rəsmi Qəzet"i məlumat verib.
Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Azərbaycanla arxiv işi sahəsində əməkdaşlıq protokolunu ratifikasiya edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Rəsmi Qəzet"i məlumat verib.

Məlumata əsasən, iki dövlət arasında arxiv işi sahəsində əməkdaşlıq bu gündən etibarən qüvvədədir.

2012-ci il mayın 10-da Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Türkiyə Respublikası Nazirlər Kabinetinin Dövlət Arxivləri Baş İdarəsi arasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti