Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Terrorizmlə mübarizə qlobal xarakter daşımalıdır. Trend-in çərşənbə axşamı "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, hazırda qloballaşma həyatın bütün sahələrini əhatə edir, amma terrorizmlə mübarizə nədənsə hələlik qlobal xarakter daşımır.
Baş nazir, həmçinin qeyd edib ki, regionun qonşu ölkələri kimi, Türkiyə də terrorizmin nəticələri ilə yaxşı tanışdır.
Ərdoğan əlavə edib ki, bu gün terrorla mübarizə ən aktual məsələlərdən biridir.