Azərbaycan, Bakı, 7 yanvar/ Trend, müxbir S.Əhmədova/
ATƏT-in Parlament Assambleyasının illik yay sessiyasının tarixi açıqlanıb.
Trend-in ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, təşkilatın illik yay sessiyası iyunun 28-dən iyulun 2-nə kimi keçiriləcək.
Qeyd edək ki, iclas Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıda təşkil olunacaq. Belə ki, iki il öncə Azərbaycan tərəfi 2014-cü ildə ATƏT PA-nın yaz sessiyasının Bakıda keçirilməsi ilə bağlı müraciət edib.